Təbiətə 85 min manata yaxın ziyan vurulub

21-11-2025, 20:46 3 dəfə baxılıb

 

Bakı və Gəncə şəhərlərinin, Kürdəmir, Şamaxı və İsmayıllı rayonlarının inzibati ərazilərində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

“Azerinews.az” xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Araşdırma zamanı Bakı şəhəri, Pirallahı rayonu, Gürgən qəsəbəsində, Gəncə şəhəri Məhsəti Gəncəvi prospekti 430 ünvanında, Kürdəmir rayonu Köhünlü kəndi ərazisində, Bakı-Şamaxı-İsmayıllı avtomobil yolunun Şamaxı rayonu ərazisindən keçən hissəsində və İsmayıllı rayonu Qubaxəlilli kəndi yaxınlığında ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 84 380 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930