Azərbaycan 2035-ci ilə qədər binalarda qazla işləyən avadanlıqlardan imtina edəcək

24-11-2025, 14:49 4 dəfə baxılıb

 

Azərbaycan 2035-ci ilədək çoxmərtəbəli binalarda təbii qazla işləyən avadanlıqların mərhələli şəkildə istifadədən çıxarılmasını və onların bərpa olunan elektrik enerjisi ilə işləyən sistemlərlə əvəz olunmasını planlaşdırır.

"Azerinews.az" "BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası"nın Azərbaycanla bağlı hazırlanan "Milli Səviyyədə Müəyyənləşdirilmiş Töhfələr" (NDC 3.0) hesabatına istinadən xəbər verir ki, binalarda elektrikli hava-su tipli istilik nasoslarının və elektrik plitələrinin quraşdırılması nəzərdə tutulur.

Sənəddə bildirilir ki, yüksək səmərəliliyə malik elektrikli hava-su nasosları həm istilik, həm də isti su təminatını həyata keçirəcək.

Sənəddə vurğulanır ki, binaların enerji səmərəliliyinin artırılması 2035-ci il üçün müəyyən edilmiş dekarbonizasiya hədəflərinə çatmaq baxımından xüsusi əhəmiyyət daşıyır. Bu məqsədlə mövcud və yeni tikililərdə müasir istilik izolyasiya materiallarından - yüksəksəmərəli izolyasiya qatlarından və ikiqat şüşəli pəncərələrdən geniş istifadə olunması planlaşdırılır. Təkmilləşdirilmiş izolyasiya istilik və soyutma üçün enerji tələbatını ciddi şəkildə azaldacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930