"Bakubus"ın ilk qadın sürücüləri sükan arxasında!

27-11-2025, 13:51 4 dəfə baxılıb

 
 

İctimai nəqliyyatda qadın sürücülərin iştirakını artırmaq məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə birgə həyata keçirilən təlim proqramını uğurla tamamlayan xanım sürücülər artıq "BakuBus" MMC-də rəsmi fəaliyyət göstərirlər.

Hazırda qadın sürücülər 141E və 121E nömrəli ekspres marşrut xətləri üzrə sərnişinlərə xidmət göstərirlər. Onların gündəlik fəaliyyətinə "BakuBus" MMC tərəfindən təyin edilmiş təcrübəli mentor-sürücülər tərəfindən peşəkar dəstək təmin edilir.

"BakuBus" MMC ictimai nəqliyyatda xidmət keyfiyyətinin yüksəldilməsi və sərnişin məmnunluğunun artırılmasını əsas prioritet kimi müəyyən edir. Qadın sürücülərin işə cəlb edilməsi ilk növbədə sürücü peşəsinə artan tələbatın qarşılanmasına mühüm dəstək verəcək, eyni zamanda, fəaliyyətin əsas prioritetlərindən olan xidmət keyfiyyətinin yüksəldilməsinə də müsbət təsir göstərəcək.

İlk fəaliyyət günlərindən etibarən xanım sürücülər peşəkar davranış, yol hərəkəti qaydalarına yüksək riayət və sərnişinlərlə mədəni ünsiyyət nümayiş etdirirlər. Bu amillər ictimai nəqliyyatda xidmət səviyyəsinin daha da yüksəlməsinə töhfə verir.

https://oxu.az/digar/bakubus-in-ilk-qadin-suruculeri-sukan-arxasinda






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930