48 işsiz ANAMA ilə birgə təşkil olunmuş peşə hazırlığı kursuna cəlb edilib

29-11-2025, 12:16 18 dəfə baxılıb

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən birgə peşə kurslarının təşkili işləri davam etdirilir.

“Azerinews.az” xəbər verir ki, bu əməkdaşlıq çərçivəsində “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” üzrə növbəti hazırlıq kursuna başlanıb və kursa 48 müdavim cəlb olunub.

Humanitar minatəmizləmə əməliyyatlarında iştirakı nəzərdə tutulan yeni müdavimlər üçün ANAMA tərəfindən “Humanitar Minatəmizləmə” və “Döyüş sahəsinin təmizlənməsi” təlimləri keçirilib.

Bu təlimlərlə birgə keçirilən “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” üzrə kursda müdavimlərə texniki standartlar və təhlükəsizlik, ilkin yardımın əsasları, zərərçəkmişin təxliyəsi, təhlükənin idarə olunması və texniki təhlükəsizlik qaydalarına dair biliklər öyrədilib.

Bununla da ANAMA ilə Dövlət Məşğulluq Agentliyinin əməkdaşlığı çərçivəsində təşkil olunan kurslara cəlb edilmiş müdavimlərin sayı 291-ə çatıb.

Kursları bitirən şəxslər artıq işğaldan azad edilmiş ərazilərdə icra olunan humanitar minatəmizləmə fəaliyyətində iştirak edərək, ərazilərin mina və digər partlayıcı sursatların təmizlənməsi əməliyyatlarına öz töhfələrini verirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031