Masallıda 1 300 abonentin qazı kəsiləcək

1-12-2025, 14:25 7 dəfə baxılıb

 

Dekabrın 3-də Masallı rayonu, Ərkivan qəsəbəsinin qaz təchizatı dayandırılacaq.

"Azerinews.az" xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, qəsəbədə yerləşən qeyri-yaşayış sahəsinə təbii qazın verilməsi ilə əlaqədar olaraq, Ərkivan qəsəbəsinin bir hissəsi, həmçinin Həsnəküçə, Abaslı, Miyondi, Qızlaküçə, Pələnküçə və Bağlaküçə məhəllələrini əhatə edən ərazidə qaz təchizatının dayandırılması planlaşdırılır.

Təchizatın dayandırılması ümumilikdə 1 300-ə yaxın abonenti əhatə edəcək və saat 10:00-dan işlər yekunlaşanadək davam edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930