Əmək Məcəlləsinə "distant iş" anlayışı əlavə edilir

3-12-2025, 13:30 13 dəfə baxılıb

 

Əmək Məcəlləsinə "Məsafədən (distant) iş" anlayışı əlavə edilir.

"Azerinews.az" xəbər verir ki, bununla bağlı təklif layihəsi Milli Məclisin Regional siyasət komitəsinin bugünkü iclasında müzakirə olunub.

Sənədə əsasən, prioritet istiqamət olaraq işçilərin əmək funksiyalarının distant iş formasında yerinə yetirilməsi sahəsi üzrə qanunvericiliyin formalaşdırılması müəyyən etmək, bu formada əmək funksiyasının yerinə yetirilməsinin hüquqi əsasının yaradılmasını təmin etmək məqsədilə Məcəllənin 3-cü maddəsinə "Məsafədən (distant) iş" anlayışı gətirilib.

Bildirilib ki, Əmək Məcəlləsinin bu anlayışı işəgötürənin xammalından (materialından), istehsal vasitələrindən istifadə etməklə əmək funksiyasını öz evində, habelə məsafədən (distant) iş formasında yerinə yetirən işçilərə də şamil edilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031