Mərdəkanda elektrik enerjisi olmayacaq

4-12-2025, 09:07 5 dəfə baxılıb

 

Bu gün Mərdəkan qəsəbəsinin bir hissəsində yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Azerinews.az" xəbər verir ki, bu barədə "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti məlumat yayıb.

"Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Mərdəkan qəsəbəsində 4 dekabr tarixində elektrik naqillərinin yenilənməsi işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 09:00-dan 15:00-dək qəsəbənin 28 may küçəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Yenidənqurma işləri başa çatdıqdan sonra həmin ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - məlumatda qeyd olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930