Bu şəhərdən Bakıya birbaşa uçuşlara başlanılır - Tarix açıqlandı

19-12-2025, 11:55 5 dəfə baxılıb

 

Serbiyanın milli aviadaşıyıcısı “Air Serbia” 2026-cı il üçün altı yeni birbaşa marşrutun açıldığını açıqlayıb.

“Azerinews.az” xəbər verir ki, aviaşirkət həm yay, həm də qış uçuş cədvəllərinə yeni istiqamətlər əlavə etməklə, sərnişinlərə səyahətlərini daha əvvəlcədən planlaşdırmaq imkanı yaradıb. 

Belə ki, mayın 3-dən Belqraddan Bakıya birbaşa uçuşlar başlanacaq.

30 apreldən Santorini, 23 maydan Toronto, 30 sentyabrdan Sevilya, 27 oktyabrdan Terenife, 14 dekabrdan Tromsö istiqamətləri üzrə birbaşa uçuşlara başlanılması nəzərdə tutulub.

Qeyd edilib ki, bütün yeni marşrutlar üzrə biletlər artıq satışa çıxarılıb.

“Air Serbia” bildirib ki, bu genişlənmə dəyişən səyahət tələblərini nəzərə almaqla, təyyarə parkından ilboyu səmərəli istifadəni təmin edir, mövsümilik təsirini azaldır və Belqradı Avropa, Şimali Amerika və inkişaf etməkdə olan bazarlar arasında yaxşı əlaqələndirilmiş aviasiya mərkəzi kimi daha da möhkəmləndirir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031