Amnistiya aktının icrasına başlanıldı

22-12-2025, 09:12 8 dəfə baxılıb

 

Prezident İlham Əliyevin təşəbbüsü ilə parlamentin qəbul etdiyi Amnistiya aktının icrasına başlanılıb.

“Azerinews.az”ın məlumatına görə, bu saatlardan etibarən cəzaçəkmə müəssisələrindən məhkumların azad edilməsinə start verilir.

Bu, ən böyük Amnistiya aktı hesab olunur. 20 min məhkuma şamil olunacaq sənədə əsasən, 5 minə yaxın şəxs həbs cəzalarından tam azad ediləcək.

Həmçinin azadlıqdan məhrumetmə növündə cəza çəkən 3 minə yaxın məhkumun cəzası 6 ay azaldılacaq.

Qalan hissə isə azadlıqdan məhrumetmə ilə bağlı olmayan və azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilənlərə aiddir. 

Ədliyyə Nazirliyi bu qərarı 4 ay ərzində icra etməlidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031