“AYNA-nın ödənişli parklanması hüquqi boşluqlardan biridir”

26-12-2025, 13:00 11 dəfə baxılıb

 

“Son illərdə ölkəmizdə avtomobil sayının sürətlə artması şəhər daxilində nəqliyyatın idarə olunmasını, eləcə də küçə parklanmasının səmərəli tənzimlənməsini zəruri edir”.


“Azerinews.az” xəbər verir ki, bunu deputat Vasif Qafarov Milli Məclisin bu gün keçirilən iclasında bildirib. 


“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nəzarətində olan ödənişli parklanma yerlərində avtomobillərin fiziki təhlükəsizliyi və sığortalanması məsələsi isə bu gün aktual hüquqi boşluqlardan biridir. Ödənişli parklanma yerlərində sığorta mexanizminin tətbiq edilməməsi bir sıra ciddi mənfi nəticələr doğurur. Ən əsas problem ondan ibarətdir ki, vətəndaş parklanma üçün ödəniş etdiyi halda, parklanma yerində avtomobilinə dəyən zərərə görə, o, heç bir təminat almır.


Mövcud vəziyyət həm sosial narazılıq yaradır, həm də ödənişli parklanma sisteminə olan ictimai etimadı zəiflədir.


Bu məqsədlə təklif edirəm ki, ödənişli parklanma xidmətləri üzrə avtomobillərin təhlükəsizliyinə dair məsuliyyət qanunvericilikdə aydın şəkildə təsbit edilsin. Parklanma haqqına minimal sığorta komponenti inteqrasiya edilsin və sürücülərlə bağlanan parklanma müqavilələrinə sığorta şərtləri açıq şəkildə daxil edilsin”, - deputat bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930