Sabah 15 dərəcə şaxta olacaq

28-12-2025, 17:10 7 dəfə baxılıb

 

Dekabrın 29-da gözlənilən hava şəraiti açıqlanıb.


Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 


Mülayim cənub-qərb küləyi əsəcək.


Havanın temperaturu gecə 1-3° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 750 mm civə sütununu təşkil edəcək. Nisbi rütubət gecə 80-85%, gündüz 60-65% olacaq.


Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz dağlıq ərazilərdən başlayaraq arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq, Qərb küləyi güclənəcək.


Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-9° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 1-6° şaxta olacaq.

Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlaması ehtimalı var.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930