Bayram günlərində banklar və poçt şöbələri necə işləyəcək?

29-12-2025, 13:22 7 dəfə baxılıb

 

31 dekabr 2025 – 4 yanvar 2026–cı il tarixləri olan qeyri-iş günlərində bankların və “Azərpoçt” MMC-nin bəzi filial və şöbələri, habelə valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcək.

Bu barədə  Mərkəzi Bankdan məlumat verilib. 

Bildirilib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ilə əlaqədar bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 12 bankın 60 satış nöqtəsi (o cümlədən, 4 bank üzrə 8 satış nöqtəsi 24 saat rejimində olmaqla) fəaliyyət göstərəcək. 

Həmçinin, “Azərpoçt” MMC-nin 68 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 9 valyuta mübadiləsi məntəqəsi və onların əlavə obyekti (o cümlədən, 2-si 24 saat rejimində olmaqla) müştərilərə xidmət edəcək. 

Bayram günlərində iş qrafiki ilə bağlı ətraflı məlumatı bu linklər vasitəsilə almaq mümkündür:






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930