BDYPİ-dən sürücülərə - Xəbərdarlıq

1-01-2026, 17:12 5 dəfə baxılıb

 

Bayram günləri ilə əlaqədar ölkə ərazisində avtomobillə səyahətlərin təşkili əhəmiyyətli dərəcədə artıb.

“Azerinews.az” xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, belə səfərlər zamanı adətən qeyri-müntəzəm sərnişin daşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə məxsus avtobus və mikroavtobuslardan istifadə olunur:

“Lakin, təəssüf ki, bu qəbildən olan daşımalar zamanı avtomobilin texniki vəziyyəti, sürücülərin reysqabağı tibbi müayinəsi, onların iş və istirahət rejiminə riayət etməsi kimi məsələlərə ciddi yanaşılmır. Eyni zamanda, nəqliyyat vasitəsinin texniki xarakteristikasının keçdiyi ərazinin relyefinə uyğun olub-olmamasına, gedəcəyi ərazidəki meteoroloji şəraitə, sürücünün idarəetmə təcrübəsinə diqqət yetirilmir ki, bu da yollarda, xüsusilə də dağlıq ərazilərdə yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalını dəfələrlə artırır.

Son illər səfərlərin təşkilində kirayə avtomobillərdən istifadə halları da nəzərəçarpacaq dərəcədə artıb. Lakin nəzərə almalıyıq ki, kirayə avtomobillərin texniki vəziyyəti, yaxud xidmətindən istifadə etdiyimiz sürücünün peşəkarlıq səviyyəsi barədə əvvəlcədən məlumatlı olmamaq potensial təhlükə deməkdir.

Doğma həmvətənlərimiz, ölkəmizin əziz qonaqları. Ümidvarıq ki, bayram günlərində əhval-ruhiyyənizin xoş ovqata köklənməsi üçün tövsiyələrimizi nəzərə alacaq, səyahətlərinizi bu sahədə ixtisaslaşmış hüquqi və ya fiziki şəxslərə etibar edəcəksiniz”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930