Dumanlı hava şəraiti davam edir

8-01-2026, 10:09 6 dəfə baxılıb

 

Ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti davam edir.


“Azerinews.az” xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.


Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naxçıvan, Şəmkir, Quba, Qusar, Yevlax, Göyçay, Zərdab, İmişli, Sabirabad, Neftçala və Biləsuvarda duman müşahidə olunur. Görünüş məsafəsi Bakıda və Abşeron yarımadasında 50-500, bölgələrdə isə 200-700 metrədək məhdudlaşır.


Dumanlı hava şəraitinin yanvarın 9-u axşamadək fasilələrlə davam edəcəyi gözlənilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031