Rəqəmsallaşma üzrə diaqnostika aparılacaq qurumların - Siyahısı

9-01-2026, 13:55 5 dəfə baxılıb

 

Azərbaycan Respublikasında rəqəmsal transformasiyanın sistemli şəkildə idarə olunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 16 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası” icra olunur və Konsepsiya çərçivəsində dövlət sektorunda rəqəmsal həllərin effektivliyinin ölçülməsi, inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi və təkmilləşdirmə tədbirlərinin planlaşdırılması üçün ölkə səviyyəsində informasiya infrastrukturunun rəqəmsallaşma səviyyəsinin diaqnostikasının aparılması nəzərdə tutulur.

“Azerinews.az” xəbər verir ki, eyni zamanda, dövlət orqanlarında (qurumlarında) elektron xidmətlərin, habelə dövlət informasiya ehtiyatları və sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirmə tədbirləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Əsasnaməsi ilə müəyyən edilmiş səlahiyyətlər və digər müvafiq normativ hüquqi aktların tələbləri əsasında həyata keçirilir.

Qeyd olunan istiqamətlər üzrə qiymətləndirmə və diaqnostika tədbirlərinin hüquqi və metodoloji əsaslarının müəyyən edilməsi məqsədilə müvafiq normativ hüquqi aktlar təsdiq edilib:

- “Ölkə səviyyəsində informasiya infrastrukturunun rəqəmsallaşma səviyyəsinin diaqnostikasının həyata keçirilməsi Qaydaları”;

- “Dövlət orqanlarında (qurumlarında) elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirilmənin həyata keçirilməsi Qaydası”.

Bu məqsədlə 2026-cı il üzrə diaqnostika və qiymətləndirmələrin aparılması nəzərdə tutulan qurumların siyahısını əhatə edən Fəaliyyət Planı hazırlanıb və ictimaiyyətə təqdim olunur.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930