Ötən il Azərbaycanda tikilən evlərin sayı açıqlanıb

12-02-2024, 12:36 7 dəfə baxılıb

 

2023-cü il ərzində Azərbaycanda ümumi sahəsi 2 milyon 511 min 217 kvadrat metr olan 22 910 ədəd yaşayış evi tikilib istifadəyə verilib.

APA-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə tikilən evlərin sayı 1.6% azalıb. Belə ki, 2022-ci ildə ümumi sahəsi 2 milyon 592 min 971 kvadrat metr olan 23 289 ədəd yaşayış evi tikilib istifadəyə verilmişdi.

Qeyd edək ki, ötən il tikilib istifadəyə verilmiş bina evlərinin sayı 12 685 ədəd, fərdi yaşayış evlərinin sayı isə 10 225 ədəd təşkil edib.

Əlavə edək ki, bu mənzillərin 10 225 ədədi əhali tərəfindən, 10 223 ədədi qeyri-dövlət müəssələri tərəfindən, 2 472 ədədi isə dövlət müəssələri tərəfindən tikilib istifadəyə verilib. Hesabat dövründə 6586 şagirdlik 6 ümumi təhsil müəssisəsi və 240 yerlik 1 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930