MM-də yeni qanun layihəsi müzakirə edilir

22-04-2026, 14:06 108 dəfə baxılıb

 

Milli Məclisdə yeni - “Maliyyə icarəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

“Azerinews.az” xəbər verir ki, qanun layihəsi İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzkirəyə çıxarılıb.

Layihəyə əsasən, Qanunun 1 – 3-cü fəsillərinin müddəaları maliyyə icarəsi fəaliyyətini həyata keçirən banklara, xarici bankların yerli filiallarına və bank olmayan kredit təşkilatlarına da şamil edilir.

Maliyyə icarəsinin subyektləri və obyekti isə aşağıdakılardır:

-Maliyyə icarəsinin subyektləri icarəyə verən, icarəçi və satıcıdır.

- Maliyyə icarəsinin obyekti icarəçinin şəxsi və ya məişət məqsədləri üçün istifadə etdiyi, Azərbaycan Respublikasının normativ hüquqi aktlarına əsasən mülki dövriyyədən çıxarılmış, mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar, habelə torpaq sahələri istisna olmaqla, əsas vəsaitə aid olan və sahibkarlıq və ya təsərrüfat fəaliyyətində istifadə olunan daşınar və daşınmaz əşyalar ola bilər.

-  Qanuna uyğun olaraq dövlət qeydiyyatına alınmalı maliyyə icarəsi obyekti üzrə icarəyə verənin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmalıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930