Qarabağda yeni abunəçilər telekommunikasiya xidmətlərinə qoşuldu

23-04-2026, 10:37 114 dəfə baxılıb

 

AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında rabitə və internet xidmətlərinin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

“Azerinews.az” xəbər verir ki, azad edilmiş ərazilərdə ümumilikdə 8,905 abunəçi (8,422 ev təsərrüfatı və 483 biznes subyekti) telekommunikasiya şəbəkəsinə qoşulub.

2026-cı ilin yanvar–mart ayları ərzində görülən işlər nəticəsində bu göstərici 1,394 yeni abunəçinin (1,323 ev təsərrüfatı və 71 biznes subyekti) xidmətlərə qoşulması ilə daha da artıb.

Qeyd edək ki, hesabat dövründə işğaldan azad olunmuş ərazilərdə yerləşən 9 şəhər mərkəzi, 29 kənd və qəsəbədə yeni abunəçilərin yüksəksürətli internet və telefoniya xidmətlərinə qoşulması təmin edilib.

“Aztelekom” MMC tərəfindən həyata keçirilən tədbirlər bölgədə mövcud rabitə infrastrukturunun imkanlarının genişləndirilməsinə və əhalinin rəqəmsal xidmətlərə çıxışının artırılmasına yönəlib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031