Sevgi ehtirasdırmı, iztirabdırmı...

14-02-2024, 15:37 34 dəfə baxılıb

 

Bugün Sevgililər günü imiş.
Sevgi nədir, hələ  dəqiq tərif verən yoxdur. İnsan necə sevir, ruhuylamı, cismiyləmi. Sevgi ehtirasdırmı, iztirabdırmı, həsrətdirmi, xəstəlikdirmi, nədir axı bu sevgi.
Sevən də sevməyən də, zorla evləndirilən də, zorla ərə verilən də hamı bir-birinə hədiyyə alır, təbrik edir. Fərqinə varmadan, nəyi və niyə təbrik edirlər.
Sizcə də,  bütün bunlar Sevgililər günü kimi  sırınan  əslində babat biznes deyilmi? Bığıburma kişi əlində "mişka" düşüb çöllərə.
Sevgili həyat yoldaşı olanacan olar, eyni nikah kağızına imza atıb , soyadını qəbul etdikdən sonra sevgi qalır ki, sevgililər günü olsun.
Hamı düşüb Valentinin oduna kimə baxırsan; qoca, cavan, uşaq əlində gül, hədiyyə gedir.
Hələ bəziləri də qonşudan qalma dala, anasına, dədəsinə hədiyyə alır. 
Yaşlı adamlardan soruşursan sevgi nədir, deyir "İki konulun bir olmağı", cavandan soruşursan sevgi nədir, deyir "Bir-birini başa düşmək",  gəncdən soruşursan ,deyir " elektrik almaq". Bir ortaq məxrəcə gəlin, sevgi nədir.
Sevginin nə olduğunu dəqiq bilməsəm də, onu bilirəm ki, Nizami dediyi kimi eşq uca göylərin mehrabı zad deyil.
Bəzi alimlər də deyəcək , Nizami eşqini Allaha elan edib, sevgili deyəndə yaradanı nəzərdə tutub. 
Bu şeir başdan-ayağa irfandı.
Bəs bu nədir:

Dedi: "Getmək dəmidir, söylə, nə istəyirsən yar?"
Bir öpüş istədim ondan...
Yaradandan öpüşmü istəyib Nizami?
Məcnun kimi sevirdi Leylinimi? 
Qovuşmaq şansı olanda nə dedi Leyliyə " Mən sənəm, sən isə mənsən" "Yoxdur öz könlümdə həyatdan əsər" könlündə həyatdan əsər olmayan adam necə sevə bilər axı.
Siz ağıllı aşiq tanıdınızmı, müdrik sevən gördünüzmü.
Nə oxuduqlarımda, nə eşitdiklərimdə, nə də gördüklərimdə  normal psixologiyalı sevən görmədim.
Romantizm yıxdı evimizi. Romantizm nədir " bədii ideallaşdırma", "mübaliğə".
Sevirik... Kimi sevirik, varlığını ideallaşdırdığımızı, fərd ikən şəxsiyyətə çevirdiyimizi.
Psixoloqlar biraz da dərinə getsə, bu xəstəliyi də bəşəriyyətə agah edəcəklər.
Nə isə...
Nəsə... Bayram dediyiniz mübarəkdi.

 Elida Muxayeva






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930