Mingəçevirdə Vətən müharibəsi iştirakçısı üçün qurulmuş təsərrüfata baxış keçirilib

27-10-2023, 22:33 7 dəfə baxılıb

 

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov özünüməşğulluq proqramı çərçivəsində şəhər sakinləri Leyla Ağalarova və Vətən müharibəsi iştirakçısı Sadiq Paşayev üçün qurulmuş kiçik təsərrüfatlara baxış keçiriblər.

"Azerinews.az" Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən  verilən məlumata görə xəbər verir ki, L.Ağalarova un məmulatları istehsalı, S.Paşayev isə kiçik foto atelye xidməti üzrə aktivlərlə təmin olunublar. Hər iki proqram iştirakçısı verilmiş aktivlərdən düzgün istifadə edərək kiçik bizneslərini inkişaf etdirməyə səy göstərdiklərini bildiriblər.

Onlar kiçik biznes sahələrini yaratmaları üçün göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin 9 ayında 255,4 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub. Onlardan 13,2 min şəxs özünüməşğulluq proqramına cəlb olunaraq, kiçik təsərrüfatlarını yaratmaları üçün aktivlərlə təmin edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930