Şəxsiyyət vəsiqələri ilə bağlı qanuna dəyişiklik təklif edilir

29-02-2024, 11:32 4 dəfə baxılıb

 Şəxsiyyət vəsiqəsi ilə bağlı qanuna dəyişiklik edilməsi təklif edilir.

“Azerinews.az” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) 2023-cü il üzrə məruzəsində əksini tapıb.

Məruzədə doğum haqqında şəhadətnaməsi olmadığı üçün şəxsiyyət vəsiqəsi ala bilməyən və ya şəxsiyyət vəsiqəsi olmadığı üçün təkrar doğum haqqında şəhadətnamə ala bilməyən yetkinlik yaşına çatmış vətəndaşların bu sahədə hüquqlarının təmini məqsədilə “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin 2.2.2-ci maddəsinin yeni redaksiyada (vətəndaşın doğum haqqında şəhadətnaməsi (16 yaşına çatmış şəxsin doğum haqqında şəhadətnaməsi olmadıqda şəhadətnamədə qeyd olunan məlumatlar sorğu əsasında müvafiq icra hakimiyyəti orqanından alınır)) verilməsi təklif edilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930