Bakıda 10 yeni metro stansiyası tikiləcək

29-02-2024, 15:40 21 dəfə baxılıb

 

“Metronun davamlı inkişafı məqsədilə müvafiq tikinti planı hazırlanıb və “Bakı Metropoliteni”nin Müşahidə Şurası tərəfindən təsdiq edilib”.

“Azerinews.az” APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov deyib.

O bildirib ki, tikinti planında minimum ssenari üzrə Bakıda 5-7 il müddətində 10 yeni metro stansiyasının tikintisi layihəsinə üstünlük verilib.

R. Əlixanov qeyd edib ki, 2022-ci ildən metroda tikinti və yenidənqurma işlərinə, yeni vaqonların alınmasına 194,6 milyon manat vəsait ayrılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930