Bakı metrosunda gediş haqlarının artırılması müzakirə edilmir

29-02-2024, 16:49 2 dəfə baxılıb

 

Bakı metrosunda gediş haqlarının artırılması barədə müzakirələr aparılmır.

"Azerinews.az" xəbər verir ki, bunu jurnalistlərin sualına cavab olaraq "Bakı Metropoliteni" QSC-nin rəis müavini Hidayət Məmmədov deyib.

O, həmçinin bu il Bakıya 65 ədəd yeni vaqonların gətiriləcəyini deyib.

"Yeni vaqonların alınması üçün müqavilələr imzalanıb. Onların gətirilməsi üçün işlər görülür. Hədəfimiz 65 yeni vaqonun Bakıya gətirilməsidir. Qatarlar əsasən Rusiyadan sifariş edilir. Ona görə də sanksiyalar səbəbindən vaqonların hədəf sayda çatdırılmasında gecikmələr ola bilər", - Hidayət Məmmədov əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031