Od çərşənbəsində temperatur normadan yüksəkdir

5-03-2024, 10:38 2 dəfə baxılıb

 

Novruz bayramının ikinci çərşənbəsi olan Od çərşənbəsində ölkə ərazisində yüksək temperatur rejimi qeydə alınır. Abşeron yarımadasında və bəzi bölgələrdə havanın temperaturu 13 dərəcəyədək yüksəlib. Bu da iqlim normasından 3 dərəcəyədək yüksəkdir.

“Azerinews.az” xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

O qeyd edib ki, Od çərşənbəsində son 10 ilin ən yüksək temperatur göstəricisi ötən il qeydə alınıb. Belə ki, temperatur iqlim normasından 7 dərəcə yüksək olub.

Abşeron yarımadasında 18, bəzi bölgələrdə 23, dağlıq ərazilərdə 15 dərəcə isti olub.

“Bu il Od çərşənbəsində ölkə ərazisində hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz, gündüz saatlarında bəzi dağlıq ərazilərdə isə qısamüddətli yağıntılı olacağı gözlənilir. Gecə və səhər ölkənin bəzi ərazilərində zəif duman olacaq. Havanın maksimal temperaturu Aran rayonlarında 15 dərəcə isti, dağlıq rayonlarda isə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacaq.

Bakıda və Abşeron yarımadasında bu gün mülayim şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 13 dərəcə isti olacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930