Valideynlər qohum evliliklərinə rəvac verəndə özlərini düşünürlər

12-03-2024, 12:09 5 dəfə baxılıb

 Nənəmlə babam əmiuşağıdır. Yaddaşımda onların mehriban günü qalmayıb. Bir-birinin sözünü həzm edə bilməyiblər. Nənəmin dediyinə görə, babamın atası müharibəyə gedəndə bir şal qoyub ki, qız oğlumundu. Yəni onların evlilik planını valideynlər hələ 7,8 yasları olarkən alıb.
Diqqət etsək görərik ki, qohum evliliklərinin əksəri belə baş tutan izdivaclardı. Uşaqlar hələ körpə olandan valideynlər artıq qudalıq etməyə başlayırlar. Yaxın qohumluğun üstə bir də qudalıq gəlir. Arvadların dili ilə desək, qohumluq təzələnir, ailələr bir-birinə daha möhkəm bağlarla bağlanır. Bəzən də yaxın qohum ən qəddar düşmənə çevrilir.
Ev -eşiyim ,cahı-calalım başqasına qismət olunca qoy elə  bacımın, qardaşımın qızına qismət olsun düşüncəsi ilə iki gənci bədbəxt etmək ta qədimdən gələn vərdişimizdir.
Uzun illər sandığa yığdığı qızıl, briliantları kənar bir qıza hədiyyə etməyi dünyanın ən ağır dərdi hesab edənlər də var.Uşaq körpə olanda minbir xəyal qurur analar. Bacısının beş yaşlı qızı Sona böyüyüb olub sular sonası, qabağında önlük qulluq edir xalasına. Hərdən ər qohumalrının qeybətini də edir Sonayla. Sonanın üstündəki qızılların parıltısından gözləri qamaşır.
Biz azərbaycanlıların mənfi xüsusiyyətlərindən biri də, övlada obyekt nəzəriylə baxmaqdır.Övladım böyüsün məni saxlasın.(saxlamalıdir) Qohum evliliyinə açılan qapı məhz bü düşüncədən keçir. Yad qızının qulluğunda  duracağına inamsızlıq övladın xoşbəxtliyini əbədi itirməsi bahasına başa gəlir. Baş yastığa gələndə başına pərvanə olan gəlin axtarışı yollarını  qardaş, bacının yolu ilə kəsişdirir. Mütləq gələn  gəlin qohum olmalıdir ki, qayınana, qayınataya canı yansın, Hətta ərlə arvad iki oğlan övladları olanda razılığa da gəlirlər. Biri sən tərəfdən evlənsin, digəri mən tərəfdən. Bu xəstə təfəkkür nə qədər intiharlara, bədbəxtliklərə yol açır.
 Bəzən kifayət qədər savadlı, dünyagörüşlü, nüfuzlu təhsil ocaqlarında təhsil almış bir oğlanı xalasının cahil qızı ilə evləndirməyə qadir olurlar. Sanki ağıllı oğlunu yad qızına qıymırlar. Anormal düşüncədən, zadəli ailələr yaranır. Belə ailələrdə tərəflərdən biri və yaxud hər ikisi zədələnir, bu, qəlb zədəsidir. Ömür boyu sağalmır.
 Bu yaxınlarda  ziyalı bir şəxslə söhbet edirdik. Söhbət əsnasında məlum oldu ki, müəllim iki arvad saxlayır. Çox təəccübləndim. Bu çətin zəmanədə camaat bir arvada baxa bilmir, iki arvadı saxlamaq sözün əsl mənasında cəsarət, loru dillə desək, kişilik tələb edir. Müəllim niyə özünü belə cəncələ salıb , səbəbi yenə qohum evliliyidir. Valideynlərinə etiraz edə bilməyərək oz həmkəndlisi yaxın qohumu ile evlənib. Zaman keçdikcə anlayıb ki, bir yastığa baş qoyduğu xanım onu xoşbəxt edə bilmir. Ruh adamını tapmayıb.
Müəllim belə izah edir durumunu.Elə bil qaranlıqda qolunda saatın düşür yerə əyilib yerdən götürürsən. Lakin qaranlıqda nə götürdüyünün fərqinə varmırsan.Səhər açılanda görürsən ki, saat yerine yerdən başqa nəsə tapmısan. Gənclik qaranlıq gecə, sənsə sərxoş. Gözün görmür, fərqinə varmırsan, yaş gəlib cavanlığa çatanda dərk edirsən ki, götürdüyün əşya sənə aid deyil.
 Əslində, maraqlı izahıydı.
Valideynlər qohum evliliyinə rəvac verəndə özlərini düşünürlər. Düşünmürlər ki, yad insanlarla evləndikdə uşağın xəstə doğulma faizi 2/4 faizdirsə, qohum evliliklərində bu rəqəm daha yüksəkdir. Maraqlısi budur ki,  təkcə cahil kütlə deyil, eyni zamanda kifayət qədər elmi, savadı olan insanlar da qohum evliliyinə şərait yaradır.
Heç kim inkar edə bilməz ki, bəzən qohum evlilikləri sevginin bəhrəsi olaraq doğulur. Lakin bu cox nadir hallarda baş verir.
Eşitdiyimə görə Darvin öz dayısı qızı ilə evli olub.Bütün ömrü boyu  onun peşmanlığını yaşayıb.Hətta bir millət vəkilinə yazdığı məktubda növbəti dəfə əhəlinin siyahıyaalınmasında qohum evliliklərinin qeydiyyatını aparmağı xahiş edib.
Bəli, bir çox faciələrə yol açan qohum evlilikləri qanunnan qadağan olunsa insanlar daha sağlam və xoşbəxt yaşayar.
Qohum evlilikləri dünyada kəskin azaldığı halda, müsəlman ölkələrinin əksəriyyətində dinamikasını qoruyur. 
Mən və digər ailə üzvlərim "allergik rinit" xəstəliyindən əziyyət çəkirik.Bu xəstəlik yavaş-yavaş digər orqanlara təsir edir. Sağlamlığımızı, gümrahlığımızı itiririk. Həkimlərin qənaətinə görə, bu irsi xəstəliyin kötüyü qohum evliliyidir.

Elida Muxayeva






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930