Bir qrup hərbi qulluqçuya mənzillər verildi - FOTO

15-03-2024, 11:28 19 dəfə baxılıb

 

Azərbaycan Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş bir qrup hərbi qulluqçuya yeni mənzillər təqdim edilib.

“Report” xəbər verir ki, mənzillərin açarlarının təqdimetmə mərasimi “Hövsan” yaşayış kompleksində keçirilib.

Təqdimatda Müdafiə Nazirliyinin Hüquq idarəsinin rəisi, Daimi Mənzillərin Verilməsi Komissiyasının sədri polkovnik Elçin Əliyev, Mətbuat xidmətinin rəisi polkovnik Anar Eyvazov və digər vəzifəli şəxslər iştirak ediblər.

Polkovnik Elçin Əliyev xatırladıb ki, keçən il hərbçilərə 473 mənzil verilib. Bu il həmin mənzillərin bir hissəsi tam sənədləşdirilərək Prezident İlham Əliyevin tapşırığı ilə Novruz bayramı ərəfəsində təqdim ediləcək:

“Bununla bağlı Azərbaycan Ordusunun rəhbərliyi və şəxsi heyəti adından cənab Prezidentə təşəkkür edirik”.

Qeyd edək ki, indiki mərhələdə 20-yə yaxın hərbi qulluqçuya mənzillərin açarları təqdim olunub.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031