Dövlət Xidməti növbəti dəfə ağacəkmə aksiyası keçirdi - Fotolar

1-04-2024, 13:24 236 dəfə baxılıb

 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri, Zərifə Əliyeva 27 ünvanında yerləşən mərkəzi aparatının giriş hissəsində ağacəkmə aksiyası baş tutub. Aksiya Prezident İlham Əliyev tərəfindən elan edilən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən tədbirlər planına uyğun olaraq həyata keçirilib. 

“Azerinews.az” xəbər verir ki, tədbirdə Dövlət Xidmətinin hərbi qulluqçuları iştirak edib. Aksiya zamanı çinar, şam, zeytun və oleandr ağacları, həmçinin həmişəyaşıl liquster kolları əkilib. 

Aksiyanın keçirilməsində əsas məqsəd ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılması istiqamətində aparılan işlərə dəstək verməkdir. Həmçinin Neftçilər prospekti paytaxtın əsas prospektlərindən biri kimi Bakı sakinləri ilə yanaşı şəhərə gələn rəsmi qonaqlar və turistlərin diqqət mərkəzində olduğundan görülən işlər şəhərin bu hissəsinin gözəlləşdirilməsi və cəlbediciliyinin artırılmasına töhfə verəcək.

Qeyd edək ki, ağacəkmə aksiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə həyata keçirilib.















Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930