Ali Məhkəmə “E-Justice” platformasını təqdim edib

2-04-2024, 11:11 254 dəfə baxılıb

  Azərbaycanda vahid platforma üzərindən elektron ədalət mühakiməsinin həyata keçirilməsinə imkan verən “E-Justice” platformasının yaradılması təklif olunur.

“Azerinews.az"ın məlumatına görə, bu barədə Azərbaycan Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Baş Prokurorluğun “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda keçirilən konfransda məlumat verib. 

Bildirilib ki, Ali Məhkəmə və Məhkəmə-Hüquq Şurası tərəfindən hüquq mühafizə orqanlarının, eləcə də məhkəmə hakimiyyətinin işinə önəmli töhfə vermək məqsədilə dövlət orqanlarının qarşılıqlı elektron fəaliyyətini özündə əks etdirən yeni bir konsepsiya hazırlanıb. 

“E-Justice” platforması ədalət mühakiməsinə əlçatanlığın asanlaşmasına və səmərəliliyinin artırılmasına, vətəndaş məmnunluğunun yüksəldilməsinə, eləcə də vahid platforma üzərindən elektron ədalət mühakiməsinin həyata keçirilməsinə xidmət edir. “Elektron ədalət mühakiməsi” sistemi mülki, kommersiya, inzibati, cinayət və inzibati xətalara dair işlər üzrə icraatın rəqəmsallaşmasını təmin edən mərkəzləşdirilmiş bir platformadır. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930