Qayıdış qəsəbədə yaşayan əhali bir damcı suya həsrət qalıb

10-01-2024, 12:05 4 dəfə baxılıb

Füzuli rayonunun 6 nömrəli Qayıdış qəsəbəsinin sakinləri su sarıdan əziyyət çəkirlər.

Problemlə bağlı Bizim.media-ya şikayətlənən qəsəbə sakinlərinin sözlərinə görə, üç ildir ki, içməli suya həsrət qalıblar. Su ehtiyaclarını isə Beyləqandan sifariş etdikləri su maşınlarının hesabına təmin edirlər. Bir ayda suya 100 manata qədər pul xərcləyən sakinlər deyirlər ki, Bakıdan onlara qonaq gələnlərə hədiyyə olaraq əllərində bir qab su gətirmələrini xahiş edirlər.   

Şikayətçilərin sözlərinə görə, əvvəllər qəsəbədə artezian quyusu olub. Lakin zaman keçdikcə quyu istismar dövrünü ya başa vurub, ya da quruyub - yəni suyun yoxa çıxma səbəbini özləri də tam anlaya bilmirlər. Hazırda qəsəbədə yaşayan əhali bir damcı suya həsrət qalıb.

Bu günlərdə su çatışmazlığı ilə bağlı qəsəbədə kədərli olay da yaşanıb. Qəsəbədə dünyasını dəyişən şəxsin cəsədini yumaq üçün su tapılmayıb. Ölən şəxsin yaxınları qonşu rayondan maşınla su sifariş ediblər. Bakıdan və digər bölgələrdən yas məclisinə qatılan şəxslər bu hadisəyə təəccüblərini gizlətməyiblər.

Sakinlərin yeganə istəyi qəsəbəyə suyun verilməsidir.

Məsələ ilə bağlı “Azərsu” ASC-dən bildirilib ki, problem regional şöbəyə yönləndirilib. Məsələ ilə bağlı açıqlama veriləcək.

2020-ci ilin yanvar ayına olan məlumata görə, 6 saylı Qayıdış qəsəbəsinin əhali sayı 810 nəfərdir. Qəsəbədə altı şəhid ailəsi, bir Qarabağ müharibəsi əlili yaşayır.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930