Azərbaycanlı keçmiş məmura ABŞ-də yüksək vəzifə verildi

2-04-2024, 13:50 93 dəfə baxılıb

 

Mədəniyyət Nazirliyinin sabiq Aparat rəhbəri Vasif Eyvazzadəyə ABŞ-də yüksək vəzifə verilib.

“Qaynarinfo” xəbər verir ki, o, Cons Hopkins Universitetinin yüksəkvəzifəli heyətinin tərkibində bu təhsil ocağının “Jhpiego” beynəlxalq təşkilatının Qlobal insan resurslarının Müxtəliflik, Bərabərlik və İnklüzivlik üzrə müdiri vəzifəsinə təyin olunub.

Azərbaycanlı keçmiş məmur ABŞ-də bu vəzifəni tutan ilk menecerdir.

O bildirib ki, yeni vəzifəsi ilə “Jhpiego” təşkilatının ABŞ və 35-dən çox ölkədə fəaliyyət göstərən ofislərinin əməkdaşları arasında irqi, milli, mədəni, dini, gender, sosial və fiziki status müxtəlifliyi, bərabərliyi və inklüzivliyi təmin edən siyasət, strategiya və layihələrin hazırlanması və həyata keçirilməsinə rəhbərlik edəcək, eyni zamanda bu sahədə təşkilatın ümumi siyasətinin formalaşdırılmasına, Cons Hopkins Universiteti, həmçinin beynəlxalq və yerli tərəfdaşlarla əməkdaşlığın qurulmasına dəstək verəcək.

Xatırladaq ki, V.Eyvazzadə 2020-2021-ci illərdə Azərbaycanın Mədəniyyət Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930