“Qırmızı körpü”də YENİLİK - FOTO

5-04-2024, 11:14 248 dəfə baxılıb

 “Qırmızı körpü” qida təhlükəsizliyinə nəzarət məntəqəsinin tikintisi başa çatdırılıb və yaxın zamanda fəaliyyətə başlaması planlaşdırılır”.

“Report” xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Bakıda “Qida nəzarəti sisteminin qiymətləndirilməsi” mövzusunda keçirilən yekun hesabat görüşündə bildirib.

O qeyd edib ki, qanunvericilik bazasının möhkəmləndirilməsi ilə yanaşı, agentlik ölkə üzrə müvafiq nəzarət və tənzimləmə sistemi formalaşdırıb, bu istiqamətdə aktual və məqsədyönlü tədbirlər həyata keçirməkdədir:

“İdxal və ixrac əməliyyatları zamanı qida təhlükəsizliyinə nəzarətin həyata keçirilməsinə ciddi önəm veririk. Bu məqsədlə “Qırmızı körpü” qida təhlükəsizliyinə nəzarət məntəqəsi fəaliyyətə başlayacaq. Eyni zamanda “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası ilə əlaqədar Azərbaycan-İran sərhədində, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunun Ağbənd qəsəbəsində qida təhlükəsizliyinə nəzarətin təmin edilməsi məqsədilə müvafiq strukturun qurulması nəzərdə tutulur. Yeri gəlmişkən, agentlik xarici ölkələrdə fəaliyyət göstərən və məhsullarını respublikamıza idxal etmək niyyətində olan qida obyektlərinin təsdiqi prosesini də davam etdirir. Bu vaxtadək 350-yə yaxın xarici qida müəssisəsi təsdiq olunub”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930