Mikayıl Cabbarovdan Olimpiadaya vəsiqə qazanan idmançılarla bağlı paylaşım - FOTO

8-04-2024, 12:32 130 dəfə baxılıb

 

Azərbaycanın iqtisadiyyat naziri, Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Paris Olimpiadasına lisenziya qazanan idmançılarımızı təbrik edib.

"Azerinews.az"ın məlumatına görə, bununla bağlı nazir “X” sosial şəbəkəsində paylaşım edib.

“Bakıda Milli Gimnastika Arenasında keçirilən Avropa Olimpiya Təsnifat turnirində sərbəst güləş üzrə yığma komandamızın üzvləri Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nurmaqomedov (86 kq) və Giorgi Meşvildişvili (125 kq) Paris - 2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıblar. Güləşçilərimizi və məşqçilərimizi təbrik edir, Olimpiya Oyunlarında uğurlar arzulayırıq”, - M.Cabbarov qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031