Yağış yağacaq, külək əsəcək - Sabahın havası

14-04-2024, 13:11 116 dəfə baxılıb

 

Aprelin 15-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 7-12° isti, gündüz 17-22° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13° isti, gündüz 16-21° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-8° isti olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031