“Bədxəssəli şişlərin əmələ gəlməsində trans yağlar əsas amildir”

18-04-2024, 21:00 133 dəfə baxılıb

 “Bədxəssəli şişlərin əmələ gəlməsində trans yağlar əsas amildir və bu, təsdiq olunub”.

“Azerinews.az” xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentdə Aqrar siyasət komitəsinin “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda keçirdiyi ictimai dinləmədə çıxışı zamanı deyib. 

Komitə sədrinin sözlərinə görə, bədxassəli şişlərin əmələ gəlməsində tək qidaların istehsalı yox, emalı da böyük əhəmiyyət daşıyır: “Sağlam qida istehsal olunsa da, o, düzgün emal edilmirsə insan orqanizmi üçün son dərəcə təhlükəli hala çevrilir. Konservləşdirilmiş qidalar, hisə verilmiş ət və balıq, həddindən çox heyvani piylər bədxassəli şişlərin əmələ gəlməsində əsas səbəb kimi elmi tədqiqat baxımından təsdiq olunub və bu, inkar edilə bilməz”.

Ə.Əmiraslanov əlavə edib ki, insan sayının artmasına görə GMO məhsullarının qida məhsullarının tərkibində olması qaçılmazdır: “Sadəcə bu məsələyə nəzarət güclü olmalıdır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930