Bu materialları mediaya təqdim edənlər cərimələnəcək

19-04-2024, 13:17 102 dəfə baxılıb

 İnzibati xəta haqqında iş üzrə icraat zamanı aparılmış foto və ya videoçəkiliş, yaxud səsyazma materiallarını media subyektinə təqdim edənlər cərimələnəcək.

“Azerinews.az” xəbər verir ki, bu, Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, inzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkiliş, yaxud səsyazma aparılıbsa, barəsində inzibati icraat aparılan şəxsin və zərər çəkmiş şəxsin razılığı olmadan həmin foto və ya video çəkiliş, yaxud səsyazma materiallarının media subyektinə təqdim olunmasına görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930