Bu gün Füzuliyə köçən ailələrə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

22-04-2024, 14:31 106 dəfə baxılıb

Bu gün Füzuliyə yola salınan ailələrin mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib. 

“Report” xəbər verir ki, mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.

Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə - 172 nəfər köçürülüb. Bununla da Füzuli şəhərində 705 ailə, 2 689 nəfərin daimi məskunlaşması təmin edilib.

12:02

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb.

“Report” xəbər verir ki, şəhərə çatan sakinlərin qarşılanma mərasimi keçirilib.

Bununla da Füzuli şəhərinə 705 ailənin (2689 nəfər) köçürülməsi və məskunlaşdırılması təmin olunub.

06:40

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

“Report” xəbər verir ki, ölkənin müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı aprelin 22-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Bakı şəhərindən 24 ailə (115 nəfər), Sumqayıt şəhərindən - 5 ailə (22 nəfər), Füzuli rayonundan 4 ailə (10 nəfər), Beyləqan rayonundan 3 ailə (12 nəfər), Abşeron rayonundan 2 ailə (7 nəfər), Şamaxı rayonundan 1 ailə (6 nəfər) olmaqla ümumilikdə 39 ailə 172 nəfər Füzuli şəhərinə köçürülür.

Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.

Doğma yurda qayıdan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Füzuli şəhərində 705 ailənin, yəni 2 689 nəfərin daimi məskunlaşması təmin edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930