Təhsil haqqı dövlət tərəfindən ödənilən bu şəxslərin yaş həddi artırıla bilər

26-04-2024, 13:04 98 dəfə baxılıb

 

Təhsil haqqı dövlət tərədindən ödənilən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslərin yuxarı yaş həddinə yenidən baxılması və ya artırılması məsələsi ilə bağlı təkliflər aidiyyəti üzrə göndərilib. 

"Azerinews.az" xəbər verir ki, bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev parlamentin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında çıxışı zamanı deyib. 

 “Həssas təbəqədən olan şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddinin dəyişdirilməsi hələ müzakirə mövzusu deyil: "Gələcəkdə bu məsələyə qanunvericilik səviyyəsində baxıla bilər".

 Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev isə cavabında bildirib ki, valideyn himayəsindən məhrum olan uşaq tutaq ki, 23 yaşından sonra universitetə qəbul olur. Bəs onun onun təhsil haqqını kim ödəyəcək?:
“Halbuki o dövlətin uşağıdır, deməli dəstəyi bundan sonra da təhsil haqqını dövlət ödəyəcək. Əslində belə uşaqların sayı elə də çox deyil ki, maliyyə yükü də çox olsun. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslərin yuxarı yaş həddinə yenidən baxılması məsəsinə gəlincə, bu, müvafiq qurumlarla müzakirə olunur, danışıqlar gedir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930