Daha bir qrup sakin Laçına gedir

30-04-2024, 11:07 109 dəfə baxılıb

 

Bu gün Laçın şəhəri və Zabux kəndinə növbəti köç karvanı yola düşüb.

“Azerinews.az” AzərTac-a istinadən xəbər verir ki, bu mərhələdə Laçın şəhərinə daha 21 ailə - 65 nəfər, Zabux kəndinə isə 2 ailə - 4 nəfər köçürülür.

Bakı və Sumqayıt şəhərlərindən, Abşeron rayonundan köçürülən 16 ailə (48 nəfər) paytaxtın Qaradağ rayonundan yola salınıb.

Ağcabədi, Kürdəmir və Beyləqan rayonlarında məskunlaşmış 7 ailə (21 nəfər) məskunlaşdıqları ərazidən yola salınacaq və Füzuli rayonunun Əhmədbəyli kəndində köç karvanına qoşulacaq.

Xatırladaq ki, indiyədək Laçın şəhərində 493 ailənin, yəni 1838 nəfərin, Zabux kəndində 217 ailə, 823 nəfərin daimi məskunlaşması təmin edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930