6 yeni məktəb binası tikiləcək - Nazir müavini

30-04-2024, 14:50 78 dəfə baxılıb

 “Elm və Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fondu dövlət-özəl tərəfdaşlığı çərçivəsində ""Silk Vey Vest aviaşirkəti" MMC-nin maliyyə dəstəyi ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsi" layihəsini həyata keçirir”.

 "Azerinews.az"xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə “Azərbaycan müəllimi” qəzetinə açıqlamasında deyib.

 Cari ildə başlanılan layihəni dövlət-özəl əməkdaşlığının uğurlu nümunəsi olaraq qiymətləndirən Kənan Kərimzadə bildirib ki, bu layihə çərçivəsində ölkəmizin müxtəlif şəhər və rayonlarında 6 ümumi təhsil müəssisəsinin tikintisinin həyata keçirilməsi nəzərdə tutulur. Bakı-Abşeronda yerləşən 5 məktəb və Kürdəmir rayonunda yerləşən 1 məktəbin əsaslı təmiri və bərpası nəticəsində təhsil müəssisələrində 5 mindən çox şagirdin təhsil şəraiti yaxşılaşdırılacaq.

 Ümumilikdə məktəb infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülən işlərə də toxunan nazir müavini əlavə edib ki, 2003-2023-ci illər ərzində ölkədə ümumilikdə 4000-dək məktəb binası tikilib və ya əsaslı təmir edilib. Yenilənmiş məktəblər bütün məktəblərin təxminən 80 faizini təşkil edir və həyata keçirilən tədbirlər nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930