Norveçli səyahətçilər Şuşa şəhərində səfərdədirlər

2-05-2024, 13:00 120 dəfə baxılıb

Norveçin beynəlxalq səyahətçilərdən ibarət milli klubu - “Vagaclub”un 30 nəfərdən ibarət heyəti Şuşada səfərdədir.

“Report” xəbər verir ki, qonaqlar şəhərdə aparılan bərpa işlərinin gedişi ilə tanış olacaq, həmçinin Şuşa qalasına və Cıdır düzünə baş çəkəcəklər.

Qeyd edək ki, tanınmış səyyah Yorn Auqestadın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərindədir. Norveçli səyahətçilər Qarabağda və Şərqi Zəngəzurda erməni vandalizminin izləri ilə tanış olacaqlar.

08:30

Norveçin beynəlxalq səyahətçilərdən ibarət milli klubu - “Vagaclub”ın 30 nəfərdən ibarət heyətinin işğaldan azad edilmiş ərazilərə səyahəti başlayıb.

AZƏRTAC xəbər verir ki, dünya səyyahı Corn Auqestadın rəhbərlik etdiyi səyyahlar Qarabağ v ə Şərqi Zəngəzurda erməni vandalizminin izləri ilə tanış olacaqlar.

Onlara Ermənistanın mina terroru, Azərbaycan dövləti tərəfindən azad olunmuş ərazilərimizdə aparılan bərpa-yenidənqurma işləri, həyata keçirilən infrastruktur layihələri barədə məlumatlar veriləcək. Eyni zamanda, onlar uzun illər sonra öz doğma yurdlarına qayıdan sakinlərin yaşayışı şəraiti ilə tanış olmaq imkanı qazanacaqlar.

Səyyahların Füzuli, Ağdam, Cəbrayıl, Şuşa, Laçın şəhərlərinə səfərləri nəzərdə tutulub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930