Geomaqnit qasırğası müşahidə olunur

3-05-2024, 10:50 125 dəfə baxılıb

 

Günəşdə bir neçə oblastda baş verən M sinif M 1.0 və M 2.7 alışmaları səbəbindən Günəş aktivliyinin səviyyəsi artıb. Lakin Yerə yönələn tac kütlə atımaları müşahidə ediməyib.

BDU-nun Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, Günəş aktivliyi M (R1-R2 mülayim orta) və müəyyən ehtimalla X (R3-güclü) səviyyədə olacaq. 

Mayın 3-5-də aktivlik səviyyəsi azalacaq. Hazırda geomaqnit qasırğanın səviyyəsi yüksəkdir. G2 geomaqnit qasırğa səviyyəsində olan geomaqnit sahəsindəki artım günortaya, saat 15.00 radələrinə kimi davam edəcək, qasırğa səviyyəsi G1 səviyyəsinə və daha sonra normal hala enəcək.

Saat 15.00-dan sonra maqnit qasırğa aktivliyini göstərən əmsal normal fon səviyyəsində olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930