Sabah geomaqnit qasırğası olacaq

22-01-2024, 11:26 2 dəfə baxılıb

 

22-27 yanvar tarixləri üçün Günəş fəallığının aşağı səviyyədə qalacağı, əsasən M sinif və kiçik ehtimalla X sinif alışmaların olacağı proqnozlaşdırılır.​

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından “azerinews.az”a verilən məlumata görə, Günəş küləyi parametrləri yanvarın 22-də normal səviyyədə olacaq.

Yanvarın 20-də baş vermiş tac kütlə atılması hesabına 22-23 yanvar tarixlərində Günəş küləyi parametrləri nisbətən artacaq. Yanvarın 24-dən bu parametrlər yenidən normal fon səviyyəsinə düşəcək. ​

Yanvarın 22-dən 23-nə keçən gecə, yanvarın 23-ü isə əsasən səhər saat 06:00 – 12:00 radələrində orta enliklərdə G1 (mülayim), qısa fasilələrlə G2 (orta) səviyyəli geomaqnit qasırğası proqnozlaşdırılır.

Yanvarın 23-də günortadan sonra və sonrakı tarixlərdə geomaqnit sahəsi sakit və normal səviyyədə olacaq. Maqnit qasırğasının loqarifmik indeksini xarakterizə edən Kp əmsalının orta qiyməti 22-27 yanvar tarixləri üçün 2-5 intervalında dəyişəcək.​







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930