Avropa ölkəsi: 18 yaşından kiçiklər üçün sosial media qadağan edilsin

4-05-2024, 02:00 29 dəfə baxılıb

 

Fransız mütəxəssislər uşaqların 13 yaşına qədər smartfondan istifadə etməməsini tövsiyə edir.

"Azerinews.az" xarici KİV-ə istinadla xəbər verir ki, səbəb kimi isə smartfonların uşaqların inkişafına mənfi təsir göstərməsi qeyd olunub.

Fransa Prezidenti Emmanuel Makronun təyin etdiyi ekspert komitəsinin hazırladığı hesabata görə, 3 yaşından kiçik uşaqlar ekran qarşısında heç vaxt keçirməməli, 6 yaşına qədər isə bu müddət güclü şəkildə məhdudlaşdırılmalıdır.

Həmçinin bildirilib ki, 11 yaşından kiçik uşaqlara mobil telefon verilməməli və 13 yaşından kiçik heç kəsin internetə çıxışı olan telefonu olmamalıdır.

Qeyd olunub ki, 18 yaşından kiçiklər üçün sosial mediadan istifadə qadağan edilməlidir. Bildirilib ki, bu yaşdan aşağı olanların yalnız "Bluesky" kimi etik platformalara daxil olmasına icazə verilə bilər.

Ümumdünya Səhiyyə Təşkilatı da bildirir ki, 2 yaşa qədər ekranda qalma vaxtı tövsiyə edilmir və 2 yaşdan yuxarı uşaqlar üçün bir saatdan çox olmamalıdır.
Araşdırma nəticəsində ekran qarşısında vaxt keçirməyin uşaqların sağlamlığı, inkişafı və cəmiyyətin gələcəyi üçün fəsadları olduğu aşkarlanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930