“Kontakt” il ərzində mağazalarının sayını 60-a çatdırmağı hədəfləyib

15-01-2024, 12:04 0 dəfə baxılıb

 “Kontakt” mağazalar şəbəkəsi 2024-cü ilə sevindirən yeniliklərə start verir. Belə ki, ölkənin ən aparıcı pərakəndə satış şəbəkələrindən olan “Kontakt” il ərzində mağazalarının sayını 60-a qədər çatdırmaqla hamı üçün əlçatan olmağı hədəfləyib.

Sevindirən missiyasını yaxın vaxtda Balakən, Tovuz, Sabirabad və Qusarda yerinə yetirəcək şəbəkə ilin sonunadək həm Bakıda, həm də regionlarda ümumilikdə 20-ə yaxın mağazasını təqdim edəcək. Əlavə olaraq, hər kəsin çox sevdiyi mağazaların bəziləri də yenilənmiş formatda ziyarətçilərin istifadəsinə veriləcək.

Qeyd edək ki, şəbəkənin məqsədi ölkənin hər nöqtəsində insanlara ev üçün lazım hər şeyi əlverişli şərtlərlə əldə etmək fürsəti yaratmaqdır. Yeni açılacaq mağazalarda da müştərilər 30 000-dən çox məhsul çeşidi ilə tanış ola biləcək.

“Kontakt” hal-hazırda “Samsung”, LG, “Bosch”, “Tefal”, “Huawei”, “Sony”, “Panasonic”, “Delonghi Group”, “Electrolux”, “Thomas”, “Beurer”, “Bang & Olufsen”, “Karcher”, “Beko”, “H Gala”, “Cassore”, “Schafer”, TAÇ, “Simge mobilya” kimi 40-dan çox beynəlxalq brendin rəsmi distribütoru; “Scafer”, “Oppo”, “Toshiba”, “Intel”, “Black&Decker”, “Hoffmann”, “Blackview”, “Kieslect”, “Etias”, “Viper”, “Dark Project”, “Blizzard”, SBS, “Energy Sistem”, “Defunc” və “Urbanista” kimi beynəlxalq brendlərin Azərbaycanda eksklüziv distribütoru; “Apple” brendinin isə rəsmi satış mərkəzidir. Şəbəkə bir sıra digər dünya brendi ilə də tərəfdaşlığa başlamaqla sözügedən siyahını bu il daha da genişləndirməyi planlayır.

Bütün yeniliklərdən xəbərdar olmaq üçün şəbəkənin sosial media hesablarını izləyə, sizə yaxın olan mağazanı isə buradan tapa bilərsiniz.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930