“Bakı” Sığorta şirkətinə müştəri məmnuniyyəti sonsuzdur
Müasir bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstərən əksər subyektlər üçün təbii və qeri-təbii amillər nəticəsində yarana biləcək risklər qaçlmazdır. Günümüzdə risklərdən yayınmaq və ya risklərin qarşısının alınmasının ən səmərəli, geniş yayılmış forması olan sığorta fəaliyyətinin effektiv tənzimlənməsidir.
“Sığortalı həyat qəzasız həyat deyil, qəzaya hazırlıqlı həyatdır”. “Bu sloqan təsadufi seçilməyib. Bəşər övladı həyatda baş verəcəklərdən sığortalanmayıb.
Qəzaya hazırlıqlı olmaq üçün sığortalanaq
Heç kəs gələcəkdə hər hansı bir bədbəxt hadisə ilə qarşılaşacağından xəbərdar deyil. Sıgortalanmaq isə insanlarda bədbəxt hadisələrin yaratdığı fəsadların aradan qaldırılmasına ümid yaradır.
“Bakı” sığorta şirkəti isə bədbəxt hadisələrin yaratdığı fəsadların aradan qaldırılması ümidlərini gerçəyə çevirir.
Respublikanın sığorta bazarında müştərilərə tam təminatı ilə sığortalı həyat təklif edərək, qəza və maddi itkilərdə müştərini ağır həyatın məngənəsindən xilas edir.
Sığorta qüvvədə olduğu müddətdə yarana biləcək zərərlərdən bizi azad edərək həyat şəraitimizi asanlaşdırır.
“Bakı” Sığorta şirkəti gələcək inteqrasiyalar vasitəsilə daha yüksək penetrasiyaya nail olmağı, ölkədə sığortaya inamın artırılması istiqamətində səylərini davam etdirir.
Bakı sığorta ilə həyatınız sığortalı olsun
“Bakı” Sığorta, qarşılaşa biləcəyimiz risklər səbəbiylə bizi yarana biləcək zərərlərdən qoruyur, həyatımızı asanlaşdırır və gələcəyə inamla baxmağımızı təmin edir.
Müasir dövrdə can, mal və məsuliyyət sığortaları həyatımızın ayrılmaz bir hissəsi olaraq yerini almışdır. Şəxslər və təşkilatlar müxtəlif səbəblərdən başına gələn mal itkisiylə qarşılaşanda dəyən zərərin tam qarşılanması üçün etibarlı sığorta şirkətinə müraciət etməsi ən vacib məsələdir.
Bildiyiniz kimi özümüzü və yaxud hər hansı bir mülkiyyətimizi sığortalayaraq dəyəcək zərərlərin də xərclərindən özümüzü sığortalayırıq.
“Bakı” Sığorta şirkəti şəxsimizi nəzərə alaraq mülkiyyətimizi sığortalayır və dəyən zərəri minimuma endirərək, vətəndaşın yanında olduğunu fəaliyyətə başladığı ilk gündən sübut etməyi bacarıb.
Hazırda ölkəmizdə və dünya təcrübəsində insan həyatının qarşılaşa biləcəyi risklərin idarə olunması üçün istifadə olunan ən effektiv metodlardan biri həyatın sığortalanması prosedurudur. Yəni biz başımıza gələ biləcək xoşagəlməz hadisələrdən özümüzü sığortalayaraq bir növ gələcəyimizi risklərə qarşı qarantiyə almış oluruq.
Ölkəmizdə ən yaxşı prespektivi olan investisiya sığortalarından biri “Bakı” Sığorta şirkətidir.
Həyatda qarşınıza çıxa biləcək bütün problemlərin, çətinliklərin, risklərin həll yolları mütləq formada vardır. Sadəcə olaraq etməli olduğumuz tək şey özünüzlə baş-başa qalaraq həyatımız üçün düzgün qərarı vermək, düzgün sığorta şirkəti seçməkdir.
“Bakı” Sığorta şirkətinin müdiri Natiq Quliyev konstruktiv bir mühit yaradıb.
O, effektiv ünsiyyət qurmağı bacarır, eyni zamanda aktiv dinləyicidir, rəqabət mühitinin inkişaf etdirilməsi üçün var qüvvəsi ilə çalışır. Məhz bu səbəbdən “Bakı” Sığorta şirkətinə müştəri məmnuniyyəti sonsuzdur.
Etiraf etməliyik ki, müştəri sadiqliyinin qurulması çox çətin və uzun zaman alan prosesdir. Adətən müştərilər xidmətdən narazı qalmaq üçün start vəziyyətdə dayanırlar. Xidmət səviyyəsi müştərinin başlıca istəyidir.
“Bakı“ Sığorta və rəhbərlik xidmət səviyyəsinə daim nəzarət edərək, müştəri razılığının yaratdığı əminliklə fəaliyyətlərini davam etdirirlər.