“TikTok” Türkiyədə qadağan edilə bilər

10-05-2024, 12:53 113 dəfə baxılıb

 “TikTok” Türkiyədə qadağan oluna bilər.

Bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) Rəqəmsal Media Komissiyasının sədri Hüseyn Yayman bildirib.

“Xüsusən də, bu platformada kontentin paylaşılması ilə bağlı çox ciddi tənqidlər var. ABŞ-də “TikTok” qadağan edilib. Biz qadağaların əleyhinəyik, amma Türkiyədə bu iş qadağalarla bitəcək. Çünki təəssüf ki, bu məsələdə nə söz, nə məsləhət, nə xahişlərlə bir nəticəyə gələ biləcəyik”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, komissiya söz azadlığının tərəfdarıdır və senzuraya qarşıdır, lakin ictimai asayişi qorumaq da lazımdır. Yayman qeyd etdi ki, uşaqları və gəncləri qorumaq lazımdır, onlar daha sağlam psixika ilə böyüməlidirlər.

Mənbə: CNN






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031