Azərbaycanda 1,7 milyon muzdla çalışan insan var
“azerinews.az" xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.
O bildirib ki, muzdla çalışanların 52 faizi dövlət, 48 faizi isə özəl sektorun payına düşür: “Sevindirici haldır ki, muzdla işləyənlərin faiz nisbətində özəl sektor dövlətlə bərabərləşmək üzrədir. Ən çox muzdla çalışanlar təhsil sahəsinin payına düşür - 330 min nəfər. İkinci yerdə 225 min muzdlu işçi ilə sənaye sahəsi durur”.