Xankəndi-Şuşa-Laçın avtomobil yolunun inşası nə zaman yekunlaşacaq?

15-05-2024, 11:26 105 dəfə baxılıb

“Xankəndi-Şuşa-Laçın avtomobil yolunun inşası gələn il yekunlaşacaq”.

“Report”un Şuşa şəhərinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Avtomobil yollarının reyestri və layihə-smeta sənədlərinin iqtisadi analizi şöbəsinin rəisi Qəzənfər Səfərov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Xankəndi-Şuşa-Laçın avtomobil yolunun yenidən qurulması layihəsi üzrə tikinti işləri davam etdirilir. Avtomobil yolunun ümumi uzunluğu 34 kilometrdir. İkinci texniki dərəcəli yolda torpaq yatağının eni 15 metr, hərəkət zolağının hər birinin eni isə 3,75 metrdir.

Yol üzərində iki körpü, dörd tunel və suötürücü borular inşa olunacaq.

Uzunluğu 440 və 1 100 metr olan birinci və üçüncü tunellərin giriş və çıxış portallarında qazma işləri yerinə yetirilib. 540 və 300 metr uzunluğundakı ikinci və dördüncü tunellərdə isə işlərə yaxın vaxtda başlanılacaq.

Yol geyiminin konstruksiyasına gəldikdə, əsasın alt layı 25 santimetr, əsas lay 20 santimetr, əsasın üst layı 18 santimetr və asfalt-beton iki qatda vurulacaq. Həmçinin, yeddi santimetr ortadənəli asfalt-beton, beş santimetr xırdadənəli asfalt-beton olacaq. Layihənin növbəti ilin sonunadək yekunlaşması nəzərdə tutulur.

Xatırladaq ki, bundan öncə Azərbaycan Prezidenti İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031