Azərbaycanda yeni qanun layihəsi hazırlanıb
“Dünyanın narahat edən problemlərdən biri iqlim dəyişikliyidir”.
“Report” xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev “Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP29 Dayanıqlı Biznes Forumu”nda deyib.
Onun sözlərinə görə, bu səbəbdən baş verən təbii fəlakətlər ciddi problemlər yaradır:
“Azərbaycan bunun üçün töhfəsini verməyə davam edir. İnkişaf etmiş ölkələrdə karbon vergisini tətbiq olunur ki, ölkəmizdə də bu istiqamətdə yeni qanun layihəsi hazırlanıb. Bu, artıq yekun prosesdədir”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: