Azərbaycanda 105 yoxlama şəhadətnaməsi ləğv edildi

20-05-2024, 14:51 121 dəfə baxılıb

Azərbaycanda 105 yoxlama şəhadətnaməsi ləğv edildi

Azərbaycanda 2023-2024-cü illərdə 105 yoxlama haqqında şəhadətnamənin ləğv edilməsi ilə bağlı göstəriş verilib.

 "Azerinews.az" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi Elməddin Quliyev "Milli Metrologiya Forum"unda deyib.

 Onun sözlərinə görə, xüsusi ilə yanacaqdoldurma məntəqələrindən daxil olan müraciətlərin sayı deməyə əsas verir ki, bir çox hallarda yoxlama haqqında şəhadətnamə qanunvericilik tələblərinin pozulması ilə verilib.

 E. Quliyev qeyd edib ki, 19 qurum barəsində inzibati məsuliyyət tədbirləri, 2 qurum barədə toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

 O əlavə edib ki, akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlara nəzarət istiqamətində tədbirlər də davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930